17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.
Sportal.az xəbər verir ki, millimiz Kosovonun U-17 yığması ilə qarşılaşıb. Görüş Kosovo komandasının 8:3 hesablı qələbəsi ilə başa çatıb. Millimizin heyətində qolları 7-ci dəqiqədə Sabina Şarafxanova, 45-ci dəqiqədə Sara Səlimli, 59-cu dəqiqədə isə Suel Polikarpova vurublar.
Qeyd edək ki, U-17 millimiz (qızlar) seçmə mərhələdə növbəti oyununu oktyabrın 4-də Albaniya yığmasına qarşı keçirəcək.
saytlarin hazirlanmasi
