Azərbaycan millisi Lixtenşteynə qarşı - YENİLƏNİR

10:14 - 1 Oktyabr 2026

Bu gün Azərbaycan milli komandası UEFA Millətlər Liqasının D Divizionunda ikinci matçına çıxacaq. 

Sportal.az xəbər verir ki, 2-ci qrupda yer alan Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Bakıda Lixtenşteyn yığmasını qəbul edəcək.

Millimiz ilk oyununda Litva ilə səfərdə heç-heçə edib. Lixtenşteyn isə eyni rəqibə evdə 0:2 uduzub.

UEFA Millətlər Liqası. D Divizonu. 3-cü tur

20:00 Azərbaycan - Lixtenşteyn

Baş hakim: Kristian-Petru Çioxirka
Yan xətt hakimləri: Maksimilian Vays, Mixael Obritsberger
Dördüncü hakim: Şafak Barmaksız
VAR: Manuel Şüttenqruber
AVAR: Alexander Harkam
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.

Xəbər xətti