"Yuventus"un hücumçusu "Çelsi"yə keçə bilər

21:16 - 2 Oktyabr 2026

"Yuventus"un hücumçusu Kərim Alaybeqoviç karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, bu barədə insayder Əkrəm Konur sosial şəbəkələrdə məlumat yayıb.

"Çelsi" bosniyalı hücumçunu transfer etmək istəyir. London klubu 19 yaşlı futbolçunu qarşıdakı yay transfer pəncərəsi zamanı heyətinə qatmağa çalışacaq.

Qeyd edək ki, "Yuventus" Kərim Alaybeqoviçi mövsümün əvvəlində "Bayer"dən 32 milyon avroya transfer edib. Bosniya və Herseqovina millisinin üzvü A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 5 rəsmi matçda 1 qol vurub.

Xəbər xətti