Ceko milli komandada son oyununu keçirdi

10:51 - 3 Oktyabr 2026

Bosniya və Herseqovina futbolçunun əfsanəsi Edin Ceko milli komandadakı karyerasını başa vurub.

Sportal.az xəbər verir ki, 40 yaşlı hücumçu vida oyununa UEFA Millətlər Liqasının İsveçlə matçında çıxıb. Zeniça şəhərində keçirilən qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.

Görüşə start heyətində başlayan təcrübəli forvard 63-cü dəqiqədə əvəzlənib.

Qeyd edək ki, Edin Ceko Bosniya və Herseqovina millisinin heyətində 2007-ci ildə debüt edib. O, yığmanın heyətində meydana çıxdığı 152 rəsmi matçda 73 qol və 31 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti