"Fənərbaxça"nın Bakıda "Turan Tovuz"la keçirdiyi yoldaşlıq oyunu üçün pul aldığı ilə bağlı iddia var.
Sportal.az xəbər verir ki, bu barədə türkiyəli jurnalist Emre Bol qatıldığı bir proqramda danışıb. O, hazırda İstanbul təmsilçisinin pula ehtiiyacı olduğunu da qeyd edib:
"Öncə əsəbiləşdim. Dedim ki, sizin Azərbaycanda hazırlıq matçında nə işiniz var. Türkiyədə oynamağa komanda yoxdur? Məlum oldu ki, "Fənərbaxça" pul alıb. Ona görə də nəsə demirəm. "Fənərbaxça"nın hazırda hər cür pula ehtiyacı var. Pul aldıqları üçün oyuna gediblər. Çox sərt oyun oldu. Hazırlıq matçı belə olur?"
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən "Turan Tovuz" - "Fənərbaxça" qarşılaşması Türkiyə klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.
saytlarin hazirlanmasi
