Renat Dadaşov: "Heç kim bizə inanmırdı, amma özümüzə inandıq və qalib gəldik"

10:18 - 5 Oktyabr 2026

Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşov Millətlər Liqasının D2 qrupunun üçüncü turunda Bakıda Litva üzərində 1:0 hesablı qələbə haqda danışıb. 

Sportal.az saytına açıqlama verən forvard qol epizodlarından yararlana bilməməklərini şərh edib:

"Komanda çox yaxşı mübarizə apardı. Biz layiqli qələbə qazandıq. Qrupda birinci yerdəyik ki, bu da artıq yaxşıdır. İndi klublarımıza diqqət yetirəcəyik, sonra isə qrupda Lixtenşteynə qarşı son oyuna hazırlaşacağıq. Tsikli birinci yerdə başa vurmaq üçün yaxşı şansımız var. Bunun üzərində çalışacağıq. Ayxan Abbasov, hamınızın gördüyünüz kimi, əla iş görür.

Bəli, az qol vururuq. Litva ilə görüşdə mənim özüm iki qol epizodu əldə etdim. Amma qol vura bilmədim, bunlar üzərində işləməliyik. Amma əsas odur ki, qalib gəldik. Heç kim bizə inanmırdı, amma özümüzə inandıq və qalib gəldik".
 

Xəbər xətti