"Milan" və Braziliya millisinin keçmiş oyunçusu Aleşandre Pato “Real”ın braziliyalı futbolçusu Hendrikin vəziyyəti ilə bağlı fikirlərini bildirib.
Sportal.az "Goal"a istinadən xəbər verir ki, veteran forvard gənc hücumçunun İtaliyaya yollanmasının tərəfdarı olduğunu deyib:
"Düşünürəm ki, onun dəyişikliyə ehtiyacı var. Onun “Real”da özünə yer tapması asan deyil. Endrikin bu məsələyə necə yanaşdığını bilmirəm. Amma qərarı həmişə agentlərinə buraxa bilməzsən. Məncə, o, başqa klub axtarmalıdır. Bilirəm ki, Kardinale (Cerri Kardinale - "Milan"ın sahibi – red) onu "Milan"a gətirməyə çalışıb, amma alınmayıb. O, həmişə klubun maraqlarını düşünür. Bir neçə gün əvvəl Kopenhagendə qısa söhbətimiz oldu. O, "Milan"ı daha yaxşı yerlərə gətirmək üçün çox həvəslidir və klub üçün əlindən gələni edəcək".
20 yaşlı futbolçunun "Real"la müqavilə müddəti 2030-cu il iyunun 30-na qədərdir. O, ötən mövsümü "Lion"da icarə əsasında keçirib. Endrik 2024-cü ildə "Palmeyras"dan "Real"a keçib.
saytlarin hazirlanmasi
