AFFA Rusiya klubunun üzvünü milliyə cəlb edəcək

13:22 - 4 Oktyabr 2026

AFFA Rusiyanın “Nijni Novqorod” klubunun qapıçısı İslam İmamovu milli komandada oynamağa razı salıb.

Sportal.az saytına verilən məlumata görə, yığma komandanın məşqçilər korpusu Rusiya klubunun üzvünün xidmətində maraqlıdır. Əldə etdiyimiz məlumata görə, o, hətta millinin bu dəfəki toplanışına da dəvət edilə bilərmiş.

Hazırda Azərbaycan vətəndaşlığı olmasa belə, onun millidəki atmosferə adaptasiya olması üçün bu addımın atılması gözləmilsə də, sonda baş tutmayıb. İslam İmamov özü də millidə oynamağa razılıq verilib. Bu dəfə olmasa da, qarşıdakı toplanışa 26 yaşlı qapıçının cəlb edilə biləcəyi gözlənilir.

O, yeni komandasına iyulda keçib. İmamovun "Nijni Novqorod"la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. O, "Legion-Dinamo", "Kuban Holdinq", "SKA-Xabarovsk"da çıxış edib.

Xəbər xətti