"Yamal hər zaman daxili gərginlik hiss edir, çünki ən yaxşı olmaq istəyir" - Fuente

23:16 - 5 Oktyabr 2026

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente Lamin Yamal barədə fikirlərini bölüşüb.

Sportal.az xəbər verir ki, oktyabrın 6-da İspaniya millisi Millətlər Liqasının qrup mərhələsinin 4-cü turunda Xorvatiya ilə qarşılaşacaq. Baş məşqçi “Barselona”nın vingerinin bu matçda meydana çıxıb-çıxmayacağı ilə bağlı sualı cavablandırıb:

“Bütün futbolçular oynamaq istəyir. Bundan sonra isə bunun məqsədəuyğun olub-olmadığını biz qiymətləndiririk. Lamin hazırda fantastik formadadır, onda anadangəlmə rəqabət ruhu var. Sabahkı oyun üçün əla vəziyyətdədir. Biz hər zaman matça ən yaxşı heyətlə çıxmışıq. Bütün turnir ərzində belə etmişik. Heç kim 270 dəqiqədən, yəni dörd oyundan üçünün müddətindən artıq oynamayacaq. Futbolçuların əksəriyyəti məhz bu qədər oynayacaq.

Yamal hər zaman daxili gərginlik hiss edir, çünki ən yaxşı olmaq istəyir. Bu, dahiyə, xüsusi istedada xas olan daxili gərginlikdir. Bu halda ‘gərginlik’ sözünün mənfi çaları yoxdur. Bizim qələbəyə inanılmaz dərəcədə ac komandamız var,  heç kim mübarizə aparmaqdan yorulmur. Bu, Laminə də aiddir”, – de la Fuente bildirib.

Xəbər xətti