"İstəməzdim ki, hansısa milli komanda bu iki həftə ərzində bizim yaşadıqlarımızı yaşasın" - yığmanın baş məşqçisi

22:29 - 5 Oktyabr 2026

İrlandiya millisinin baş məşqçisi Heymir Hadlqrimsson iki qarşılaşmadan sonra UEFA-nı gələcək turnirlərin püşkatması zamanı komandasını İsrail millisi ilə eyni qrupa salmamağa çağırıb.

Sportal.az xəbər verir ki, bazar günü komandalar Millətlər Liqasının 4-cü turu çərçivəsində Serbiyanın Baçka-Topola şəhərində azarkeşsiz keçirilən görüşdə 1:1 hesablı heç-heçə ediblər. Bundan əvvəl isə Macarıstanda keçirilən 3-cü turun oyununda irlandiyalılar İsrail millisini 3:0 hesabı ilə məğlub etmişdilər.

Oyunlar ətrafında yaranmış vəziyyət barədə baş məşqçi bunları qeyd edib:

“Baş verənləri dərk etmək və yolumuza davam etmək üçün bizə vaxt lazımdır. Həmçinin düşmənlərini tanımaq üçün ən yaxşı zaman məhz belə anlardır: sən yerdə uzananda və səni təpikləyəndə, kimin sənə zərbə vurmağa çalışdığını asanlıqla görə bilirsən”.

Gələcəkdə bu 2 komanda birlikdə oynamamalıdırlar. Buna qərar vermək bizim deyil, UEFA-nın işidir. İstəməzdim ki, hər hansı milli komanda bu iki həftə ərzində bizim yaşadıqlarımızı yaşasın. UEFA müdaxilə etməli və müvafiq tədbirlər görməlidir”.

Xəbər xətti