Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün son yoldaşlıq oyununu keçirəcək.
Sportal.az xəbər verir ki, U-20 Yaponiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Qəbələ şəhər stadionunda baş tutacaq görüş saat 16:00-da başlanacaq.
Qarşılaşma “CBC Sport”un YouTube kanalı vasitəsilə canlı yayımlanacaq.
saytlarin hazirlanmasi
