"Mançester Yunayted"in müdafiəçisi Leni Yoro karyerasını ölkəsində davam etdirə bilər.
Sportal.az xəbər verir ki, PSJ fransalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.
Liqa 1 nəhəngi 20 yaşlı mərkəz müdafiəçisi üçün İngiltərə klubuna 50 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, "Mançester Yunayted" Leni Yoronu 2024-cü ilin yayında "Lill"dən 62 milyon avroya transfer edib. Fransa millisinin üzvü cari mövsümdə "qırmızı şeytanlar"ın heyətində 4 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi
