Lionel Messi Argentina milli komandasının heyətində vida oyununu Benin yığmasına qarşı keçirəcək.
Sportal.az xəbər verir ki, Afrika təmsilçisinin müdafiəçisi Mohamed Ticani yoldaşlıq oyunu ərəfəsində açıqlama verib. 29 yaşlı futbolçu argentinalı ulduza qarşı heç bir planlarının olmadığını deyib:
"Lionel Messini necə dayandıracağıq? Onu nəzarətdə saxlamağımıza ehtiyac yoxdur. Gəlin bu matçdan zövq alaq. Heç bir plan yoxdur. O, futbolun tanrısıdır".
Qeyd edək ki, Argentina - Benin qarşılaşması bu gecə keçiriləcək və Bakı vaxtı ilə saat 03:00-da start götürəcək.
saytlarin hazirlanmasi
