"Napoli"nin futbolçusu Premyer Liqaya qayıda bilər

16:58 - 7 Oktyabr 2026

Skott Maktominey "Napoli"dən ayrıla bilər.

Sportal.az xəbər verir ki, şotlandiyalı yarımmüdafiəçi İngiltərə Premyer Liqasına qayıtmaq istəyir. Bu barədə insayder Saşa Tavolyeri məlumat yayıb.

İtaliya klubu oyunçusunu satmağın əleyhinə deyil. A Seriyası nəhəngi 29 yaşlı futbolçunun satışından 25-30 milyon avro gəlir əldə etməyi planlaşdırır.

Qeyd edək ki, "Napoli" Skott Maktomineyi 2024-cü ilin yayında "Mançester Yunayted"dən 30,5 milyon avroya transfer edib. Şotlandiya millisinin üzvü cari mövsümdə Neapol təmsilçisinin heyətində 2 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti