"Sənə təkcə Argentina deyil, bütün dünya minnətdardır" - Neymardan Messiyə

22:08 - 6 Oktyabr 2026

“Santos”un hücumçusu Neymar Lionel Messinin Argentina millisində keçirəcəyi vida oyunu öncəsi ona müraciət edib.

Sportal.az xəbər verir ki, bu gecə Argentina millisi Benin yığması ilə qarşılaşacaq.

“Futbolu sevən hər kəs bütün bu illər ərzində sənin oyunundan zövq aldı... Bu gün öz milli komandanın, öz ölkənin formasında son oyunundur və ümid edirəm ki, hər saniyəsindən zövq alacaqsan, bu gün sənə göstərilən bütün ehtiram və hörmət sənə sevinc bəxş edəcək.

Sənə təkcə Argentina deyil, futbol üçün etdiyin hər şeyə görə bütün dünya minnətdardır. Futbolu mənə daha da çox sevdirdiyin üçün təşəkkür edirəm. Sənə qarşı oynamaq mənim üçün şərəf idi, səninlə birlikdə tarix yazmaq isə daha böyük şərəf oldu.

Təşəkkür edirəm, Leo Messi”, — deyə Neymar yazıb.

Xəbər xətti