"İmişli"də 2 ayrılıq - RƏSMİ

20:17 - 8 Oktyabr 2026

"İmişli" köməkçi məşqçisi Zamir Həsənov və şef-skaut Rəsul Allahverdiyevlə yollarını ayırıb.

Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Hər iki futbol mütəxəssis ilə əməkdaşlığa qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, "İmişli" Misli Premyer Liqasının 7-ci turu çərçivəsində oktyabrın 11-də "Qarabağ"la qarşılaşacaq.

Xəbər xətti