"Real"dan ayrılan müdafiəçi La Liqa klubu ilə müqavilə imzalayacaq

20:42 - 7 Oktyabr 2026

Yayda "Real"dan ayrılan Dani Karvaxalın yeni klubu müəyyənləşmək üzrədir.

Sportal.az xəbər verir ki, İspaniya millisinin sabiq üzvü "Xetafe" ilə anlaşıb. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

34 yaşlı sağ cinah müdafiəçisi qısa zaman ərzində La Liqa təmsilçisi ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, Dani Karvaxal 2025/26 mövsümündə "Real"ın heyətində meydana çıxdığı 18 rəsmi matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti