"Arsenal" norveçli vingeri transfer etmək istəyir

19:30 - 7 Oktyabr 2026

"Leyptsiq"in futbolçusu Antonio Nusa karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Arsenal" norveçli vingeri transfer etmək istəyir. Bu barədə "CaughtOffside" nəşri məlumat yayıb.

London nəhəngi 21 yaşlı ön xətt oyunçusu üçün yanvarda Almaniya klubuna təklif göndərməyi planlaşdırır.

Qeyd edək ki, "Leyptsiq" Antonio Nusanı 2024-cü ilin yayında "Brügge"dən 21 milyon avroya transfer edib. Norveç millisinin üzvü cari mövsümdə Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 6 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti