Azərbaycan yığmasının sabiq müdafiəçisinə bu klubda vəzifə verildi

18:38 - 7 Oktyabr 2026

"Səbail"də yeni təyinat gerçəkləşib.

Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, Azərbaycan yığmasının sabiq müdafiəçisi Emin Quliyev burada işə başlayıb.

Qubaya köçməyə hazırlaşan klub ona seleksiioner vəzifəsini tapşırıb. Quliyev əsasən yeniyetmə və gənclərin seçimiylə məşğul olacaq.

Beləcə, Quliyev yenidən aktiv futbol həyatına dönüb.

Vaxtilə "Kəpəz", "Neftçi" və "Xəzər Lənkəran"ın formasını geyinmiş Emin Quliyev ölkənin aparıcı oyunçularından biri olub. Həmin illər ərzində böyük hörmət və dəyər qazanıb.

Məşqçilik həyatına 11 il əvvəl başlayıb. 2014-2015-ci illər aralığında "Rəvan"ı çalışdırıb.

Həmin vaxt Premyer Liqada çıxış edən Qaraçuxur klubu yaxşı təsir bağışlayıb, lakin daxildə yaranan problemlər üzündən buradakı işini yarımçıq qoyub.

Həmin vaxt Premyer Liqada çıxış edən Qaraçuxur klubu yaxşı təsir bağışlayıb, lakin daxildə yaranan problemlər üzündən buradakı işini yarımçıq qoyub.

Daha sonra AFFA-nın Elit futbol layihəsindən dəvət alıb, lakin burada da çox qalmayıb.

Xəbər xətti