Futbol üzrə Azərbaycan I Liqasında IV tura start verilib.
Sportal.az xəbər verir ki, bu gün lider "Şahdağ Qusar" Binə qəsəbə stadionunda "Zaqatala"nı qəbul edib. Qarşılaşma Şimal bölgəsi təmsilçisinin 6:0 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 12-yə yüksəldən "Şahdağ Qusar" liderliyini davam etdirir. 4 xalı olan "Zaqatala" isə 6-cı yerdədir.
"Şahdağ Qusar" - "Zaqatala" 6:0
Qollar: İ.Butrif, 5, M.Baxşalı, 19, 90, J.Zenqo, 38, 62, A.Çipesse, 83
