Arda İspaniyada ən yaxşı seçildi

18:59 - 8 Oktyabr 2026

İspaniyanın "Real" klubunda sentyabr ayının ən yaxşı futbolçusu seçilib.

Sportal.az xəbər verir ki, Arda Güler La Liqa nəhəngində ötən ayın ən yaxşısı seçilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Türkiyə milli komandasının üzvünə ayın oyunçusu mükafatı təqdim olunub.

Qeyd edək ki, 21 yaşlı hücumameyilli yarımmüdafiəçi sentyabrda "Real"ın heyətində bütün turnirlərdə meydana çıxdığı 4 rəsmi matçda 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti