"Sabah" - "Slaviya" matçına nə qədər bilet satılıb?

15:32 - 8 Oktyabr 2026

Çempionlar Liqasının əsas mərhələsinin ikinci turunun Bakıda keçiriləcək “Sabah” – “Slaviya” oyununa bilet satışı davam edir.

Sportal.az xəbər verir ki, hazırda təxminən 68.000 tamaşaçı tutumuna malik Bakı Olimpiya Stadionunda keçiriləcək oyun üçün artıq 46 mindən bir qədər çox bilet satılıb.

Qonaq komanda azarkeşləri üçün 3675 bilet istəyib.

“Sabah” – “Slaviya” matçı oktyabrın 13-də BOS-da keçiriləcək və matça Bakı vaxtı ilə saat 20:45-də start veriləcək.

Xəbər xətti