Azərbaycan millisinin üzvü üçün 2 milyon avro - Belçika klubu hərəkətə keçdi

16:26 - 9 Oktyabr 2026

Azərbaycan millisinin futbolçusu Edqar Adilxanov karyerasını Belçikada davam etdirə bilər.

Sportal.az xəbər verir ki, bu barədə Sport24.az-a məlumat verilib.

Belçikanın "Genk" klubu "Şamaxı"da çıxış edən 21 yaşlı yarımmüdafiəçi ilə maraqlanır. Qarşı tərəf futbolçu üçün Azərbaycan təmsilçisinə rəsmi təklif də göndərib.

Məlumata görə, "Genk" Adilxanovun transferi üçün 2 milyon avro civarında ödəniş etməyə hazırdır.

Hazırda tərəflər arasında danışıqlar davam edir.

Xəbər xətti