“Barselona” Xavi Espartla müqaviləni uzadacaq.
Sportal.az xəbər verir ki, Kataloniya klubunun açıqlamasına görə, 19 yaşlı klub yetirməsi ilə yeni müqavilə 2030-cu ilə qədər nəzərdə tutulacaq. Sənədlərin yaxın günlərdə rəsmi şəkildə imzalanması gözlənilir.
Espart 2015-ci ildə “Barselona”nın akademiyasına qoşulub və 2026-cı ilin martında əsas komandada debüt edib.
Qeyd edək ki, gənc müdafiəçi bu mövsüm La Liqada 5 matçda iştirak edib, 2 məhsuldar ötürmə verib və 1 qol vurub.
saytlarin hazirlanmasi
