"Napoli"dən ayrılacağı gözlənilən Skott Maktominey karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Real" şotlandiyalı futbolçunu transfer etmək variantını nəzərdən keçirir. Bu barədə "Tuttomercato" nəşri məlumat yayıb.
Klubu mövsüm başa çatdıqdan sonra Maktomineyi satmağa hazırdır. İngiltərə Premyer Liqası klubları da 29 yaşlı yarımmüdafiəçi ilə maraqlanır.
Qeyd edək ki, Skott Maktominey cari mövsümdə "Napoli"nin heyətində 2 rəsmi matçda meydana çıxıb. Şotlandiya millisinin üzvünün Neapol təmsilçisi ilə müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.
saytlarin hazirlanmasi
