"Barselona" bu qədər yüksək səviyyədə çıxış etməyə davam edərsə, onun rəqibi olmayacaq"

00:49 - 9 Oktyabr 2026

David Silva hesab edir ki, “Barselona” hazırkı oyun tempini qoruyub saxlasa, “Real" Kataloniya klubuna çata bilməyəcək.

Sportal.az xəbər verir ki, İspaniya millisinin sabiq yarımmüdafiəçisi "COPE" radiosunun efirinə açıqlamasında bunları qeyd edib:

“Əgər “Barselona” bu tempdə davam etsə, ona çatmaq mümkün olmayacaq. Komanda olduqca yüksək səviyyədə çıxış edir, artıq bir neçə ildir ki, bu baş məşqçinin rəhbərliyi altında əla oyun nümayiş etdirir və heyətini də uğurla gücləndirib. Əgər bu səviyyəni qoruyub saxlasalar, onların rəqibi olmayacaq”.

Xəbər xətti