"Benfika"nın hücumçusu Vangelis Pavlidis karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Tottenhem" yunanıstanlı futbolçunu trasnsfer etmək istəyir. Bu barədə "CaughtOffside" məlumat yayıb.
London klubu Pavlidisi yanvarda heyətinə qatmağa çalışacaq. "Aston Villa" və "Barselona" da 27 yaşlı forvardla maraqlanır.
Qeyd edək ki, "Benfika" Vangelis Pavlidisi 2024-cü ilin yayında "AZ Alkmar"dan 18 milyon avroya transfer edib. Yunanıstan millisinin üzvü cari mövsümdə Lissabon təmsilçisinin heyətində meydana çıxdığı 13 rəsmi matçda 14 qol və 3 məhsuldar öötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
