"Sabah"ın U-19 komandası "Mançester Yunayted"ə uduzdu

19:25 - 10 Sentyabr 2026

UEFA Gənclər Liqasında əsas mərhələnin ilk turunun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, bu gün "Sabah"ın U-19 komandası səfərdə "Mançester Yunayted"lə üz-üzə gəlib. Qarşılaşma "qırmızı şeytanlar"ın 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Masazır təmsilçisi turnirdə növbəti matçını Praqa "Slaviya"sına qarşı keçirəcək. Görüş oktyabrın 10-da "Bank Respublika Arena"da baş tutacaq bə saat 15:00-da start götürəcək.

Xəbər xətti