Bu gün "Sabah" UEFA Çempionlar Liqasının liqa mərhələsində debüt edəcək.
Sportal.az xəbər verir ki, Azərbaycan çempionu "Mançester Yunayted"in qonağı olacaq.
Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektivin "Old Trafford"dakı oyununa Bakı vaxtı ilə 23:00-da start veriləcək.
Qarşılaşmanı fransalı baş hakim Villi Delaju idarə edəcək.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi
I tur
10 sentyabr
23:00 "Mançester Yunayted" - "Sabah"
Baş hakim: Villi Delaju
