"Qəbələ" və "Araz-Naxçıvan"ın sabiq baş məşqçi Elmar Baxşıyev bu gün Çempionlar Liqasının Liqa mərhələsində 1-ci turun "Mançester Yunayted"lə oyununa çıxacaq "Sabah"ın şanslarından danışıb.
Sportal.az saytına açıqlama verən Baxşıyev Azərbaycan çempionun "Old Traffor"dakı görüşdə
"Sabah" üçün "Mançester Yunayted"ə qarşı oyununun ilk dəqqiqələrinin həyəcanlı keçəcəyini təxmin etmək olar. İndiyə qədər "Sabah" komanda olaraq o tip klublara qarş oynamadığından müəyyən çətinlik olacağını düşünürəm. Səviyyə fərqində də "Mançester Yunayted"in üstün olduğu aşkar seçilir. Təmsilçimiz ilk dəqiqələri rahat geridə qoya bilsə, oyunun axarını öz xeyirlərinə dəyişmiş olacaq.
“Çempionlar Liqasında liqa mərhələsinə yüksəlmisənsə, hər bir oyunda yaranan şansdan maksimum istifadə etmək vacibdir. Təsnifat mərhələsini uğurla keçmək komandaya əlavə özgüvən verməlidir ki, liqa mərhələsində rəqiblərdən çəkinmədən xal qazanmağa kömək etsin. “Sabah”ın liqa mərhələsində uğurlu çıxış etməsi də mümkündür. Çünki komandanın oyunu və potensialı buna imkan verir".
Mirbağırağa
saytlarin hazirlanmasi
