Dünya çempionu MLS komandalarından imtina etdi, Türkiyə klubuna keçir

12:47 - 10 Sentyabr 2026

Fransa millisinin sabiq futbolçusu Pol Poqbanın karyerasını harada davam edəcəyi hələ ki dəqiq deyil.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, təcrübəli yarımmüdafiəçiyə “Kocaelispor”dan rəsmi təklif gəlib.

Superliqa təmsilçisinin təklifinə şifahi razılıq verən Poqba buna görə MLS klublarından imtina edib. Belə ki, “Monreal İmpakt” və “Kolorado Rapids”in təklifini geri çevirən fransıza indi də “Nyur-York Siti”, “Los Anceles” klublarından təklif gəlib.

Bütün təkliflərə baxmayaraq, Poqbanın “Kocaelispor”a razılıq verəcəyi gündəmdədir. O, son olaraq “Monako”da oynamışdı. Bundan savayı isə Pol “Mançester Yunayted”, “Yuventus” klublarının formasını geyinib.

Poqba 2018-ci ildə Fransa millisinin heyətində dünya çempionu olub.
 

Xəbər xətti