Braziliyalı futbolçu yenidən "İmişli"də - RƏSMİ

23:14 - 10 Sentyabr 2026

“İmişli” Rafael Vieqaşla müqavilə imzalayıb.

Sportal.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti yayıb. 26 yaşlı braziliyalı futbolçu mövsümün sonuna qədər “İmişli”nin formasını geyinəcək.

Rafael Vieqaş karyerası ərzində Portuqaliyanın “San-Joau Ver”, “Vilaverdense”, “Felqeyraş”, “Salgueyruş”, “Şaveş”, “Vizela” və “Agueda”, Çexiyanın “1. SK Znoymo”, həmçinin Braziliyanın “Real-DF” komandalarında çıxış edib.

Vieqaş ötən mövsüm də “İmişli”nin heyətində yer alıb. O, 31 oyunda meydana çıxıb və 1 qol vurub.

Xəbər xətti