"Şelburn" "Qarabağ"la matçdan əvvəl fransalı transfer etdi

12:49 - 29 İyul 2025

“Qarabağ”ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Şelburn” yeni müdafiəçi ilə müqavilə imzalayıb.

Sportal.az xəbər verir ki, İrlandiya çempionu fransalı müdafiəçi Milan Mbenqa ilə müqavilə imzalayıb. 23 yaşlı futbolçunun son klubu İrlandiyanın “Kork Siti” klubu olub.

Xatırladaq ki, "Qarabağ" - "Şelburn" cavab oyunu (ilk oyun - 3:0) iyulun 30-da Bakıdakı Tofiq Bəhramov adına stadionda keçiriləcək və matça saat 20:00-da start veriləcək.
 

Xəbər xətti