Braziliyalı vingeri 35 milyon avroya transfer etdilər

22:10 - 28 İyul 2025

"Feyenord"un futbolçusu İqor Payşao karyerasını Fransada davam etdirəcək.

Sportal.az xəbər verir ki, "Marsel" braziliyalı vingerin transferini həll edib. Bu barədə "L'Equipe" nəşri məlumat yayıb.

Klublar arasında razılıq əldə olunub. Liqa 1 klubu Payşao üçün qarşı tərəfə 35 milyon avro təzminat ödəyəcək. 25 yaşlı ön xətt oyunçusu ilə 5 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, "Feyenord" İqor Payşaonu 2022-ci ilin yayında "Koritiba"dan transfert edib. Braziliya U-23 millisinin sabiq üzvü ötən mövsüm Roterdam təmsilçisinin heyətində meydana çıxdığı 47 rəsmi matçda 18 qol və 19 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti