Premyer Liqa klubundan 40 milyon avroluq transfer

19:57 - 28 İyul 2025

"Bolonya"nın futbolçusu Dan Ndoye karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

Sportal.az xəbər verir ki, "Nottingem Forest" isveçrəli vingerin keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Premyer Liqa klubu Ndoye üçün qarşı tərəfə 40 milyon avro təzminat ödəyəcək. 24 yaşlı oyunçu sabah tibbi müayinədən keçmək üçün İngiltərəyə yollanacaq.

Qeyd edək ki, "Bolonya" Dan Ndoyeni 2023-cü ilin yayında "Bazel"dən transfer edib. İsveçrə millisinin üzvü ötən mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 41 rəsmi matçda 9 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti