Millimizin müdafiəçisi oynadı, komandası bir xal qazandı - VİDEO

09:48 - 28 İyul 2025

Bolqarıstan çempionatında 2-ci turun matçları keçirilir.

Sportal.az xəbər verir ki, milli komandamızın üzvü Cəlal Hüseynovun formasını geyindiyi “Arda” “Lokomotiv”lə (Sofiya) qarşılaşıb.

Matç 1:1 hesabı ilə yekunlaşıb. Hüseynov meydana start heyətində çıxıb və sona qədər oynayıb. “Arda” 2 turdan sonra 1 xalla 16 komanda arasında 13-cü pillədədir.

Xəbər xətti