"Liverpul"un müdafiəçisi zədələndi

16:58 - 26 İyul 2025

İngiltərənin "Liverpul" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, Premyer Liqanın qalibinin müdafiəçisi Co Qomes sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İngiltərəli mərkəz müdafiəçisi axilles vətərindən zədə alıb. 28 yaşlı Asiyada təlim-məşq toplanışında olan kollektivdən ayrılaraq İngiltərəyə qayıdıb.

Qeyd edək ki, "Liverpul" Co Qomesi 2015-ci ilin yayında "Çarlton"dan transfer edib. İngiltərə millisinin üzvü ötən mövsüm Mersisayd təmsilçisinin heyətində 17 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti