"Mançester Siti" heyətinə yeni qapıçı cəlb edəcək.
Sportal.az xəbər verir ki, Premyer Liqa nəhəngi "Börnli"də çıxış edən Ceyms Traffordun keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Artıq klublar arasında razılıq əldə olunub. "Şəhərlilər" İngiltərə millisinin üzvü üçün 40 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, "Börnli" Ceyms Traffordu 2023-cü ilin yayında məhz "Mançester Siti"dən transfer etmişdi. 22 yaşlı qolkiper ötən mövsüm komandanın heyətində 45 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi