"Sumqayıt" "Qəbələ" ilə qarşılaşacaq

11:23 - 25 İyul 2025

"Sumqayıt"ın Qəbələ toplanışı zamanı hazırlıq oyunlarındakı rəqibləri bəlli olub.

Sportal.az xəbər verir ki, komanda iyulun 27-də və avqustun 7-də "Qəbələ", iyulun 31-də "Kəpəz", avqustun 3-də isə "Şamaxı" ilə qarşılaşacaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Görüşlərin başlama saatı hələ müəyyənləşməyib.

Qeyd edək ki, "Sumqayıt" ilk yoxlama oyunu çərçivəsində "İmişli" ilə 0:0 hesablı heç-heçə etmişdi.

Xəbər xətti