"Real" Rodrini artıq bu yay transfer etməyə cəhd göstərə bilər.
Sportal.az xəbər verir ki, AS nəşrinin məlumatına görə, Madrid klubu "Mançester Siti"nin yarımmüdafiəçisi üçün yay transfer pəncərəsinin bağlanmasına yaxın sərfəli təklif edə və ya Rodrini gələn yay, onun müqaviləsinin bitməsinə bir il qalmış, almağa çalışa bilər.
Əgər "Real" Rodrini bu yay transfer etməyə cəhd edərsə, transfer məbləği ən azı 100 milyon avro olacaq. Sərfəli təklif "Mançester Siti"ni maraqlandıra bilər, çünki klubların heç biri diz zədəsindən sonra Rodrin vəziyyətinə tam əmin deyil. Gələn yay qiymət 60-80 milyon avroya qədər enə bilər.
Qeyd edək ki, Rodrinin "Mançester Siti" ilə müqaviləsi 2027-ci ildə başa çatır.
saytlarin hazirlanmasi