Sterlinq Bundesliqa klubunun hədəfində

00:44 - 23 İyul 2025

Rahim Sterlinq Bundesliqaya keçə bilər.

Sportal.az xəbər verir ki, "BBC"nin futbolçuya yaxın mənbələrə istinadən verdiyi məlumata görə, "Çelsi"nin cinah oyunçusunun durumunu izləyən Avropa klublarından biri də "Bayer"dir.

Qeyd olunur ki, 30 yaşlı futbolçu "zadəganlar"ın baş məşqçisi Enso Mareskanın planlarına daxil deyil.

Qeyd edək ki, Sterlinq ötən mövsümü icarə əsasında "Arsenal"da keçirib.

Xəbər xətti