"Real"ın hücumçusu komandanı tərk etdi

00:13 - 23 İyul 2025

Alvaro Rodriqes "Real" klubunu tərk edib.

Sportal.az xəbər verir ki, 21 yaşlı hücumçu "Elçe"yə keçib və 2029-cu ilə qədər müqavilə imzalayıb.

"Marca" nəşrinin məlumatına görə, transferin məbləği 2 milyon avro təşkil edir. Madrid klubu futbolçu üzərində 50% iqtisadi hüququnu saxlayıb.

Rodriqes ötən mövsümü icarə əsasında "Xetafe"də keçirib.


Xəbər xətti