"Qalatasaray" İtaliya klubunu məğlub etdi

00:09 - 24 İyul 2025

"Qalatasaray" Avstriya düşərgəsində son yoldaşlıq matçını keçirib.

Sportal.az xəbər verir ki, İtaliya A Seriyası təmsilçilərindən "Kalyari" ilə qarşılaşan İstanbul klubu 3:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, "Qalatasaray" İstanbula döndükdən sonra RAMS Parkda "Strasburq" və "Latsio" ilə iki yoldaşlıq oyunu keçirəcək.

Yoldaşlıq matçı

"Qalatasaray" - "Kalyari" 3:1

Qollar: R.Sallai,20, B.Yılmaz,30, A.Ünyay,58, - M.Adopo,16

Xəbər xətti