Rəşad Sadıqov: "Qələbəyə yaxın tərəf biz idik"

22:16 - 23 İyul 2025

"Hayduk" UEFA Konfrans Liqası 2-ci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Bakıda "Zirə" ilə 1:1 hesablı heç-heçə edib.

Sportal.az xəbər verir ki, oyundan sonra "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb:

- Maraqlı oyun alındı. Baxmayaraq ki, mövsümün birinci oyunu idi. Hər iki komanda meydanda istəkli idi. Birinci hissədə meydanda daha çox taktiki savaş gedirdi, hər iki komanda bir-birindən səhv gözləyirdi. Elə oldu ki, rəqib buraxdı o səhvi, qol vurduq. Nəticəni artırmağa çalışırdıq. İkinci hissənin əvvəllərində yaxşı hücumlarımız oldu. İkinci qolu vursaydıq, fərqli sonluq olacaqdı. Qol epizodlarından yaxşı yararlana bilmədik. Rəqib ilk ciddi hücumda fərqləndi. Bu tip oyunlarda rəqib hər fürsətdən istifadə edirsə, sən etmirsənsə, qələbə qazanmaq çətin olur. Komandanın çıxışından razı qaldım. Qələbəyə yaxın tərəf biz idik. Təəssüf ki, bunu edə bilmədik. İlk oyunlarda 1:0 qələbə, 1:1, ya 0:1 ikinci oyun öncəsi üstünlük ayratmır. Hər şey Splitdə bəlli olacaq. Sabahdan oyuna köklənəcəyik ki, səfərdə “Hayduk” üzərində qələbə qazanaraq mərhələ adlayaq.

- Bu oyun sizə “Osiyek” matçını xatırlatdı?

- Həm “Osiyek” oyununu xatırlatdı, həm “DAK Dunaysk”la oyunu xatırlatdı. Eyni ssenari gedirdi, sadəcə orada qol epizodlarını vurduq. Futboldur da, hər zaman fürsətlərdən istifadə edə bilməzsən. “Osiyek” isə düşən imkanları vururdu. Beynəlxalq səviyyəli oyunlardır, balaca epizodları vururlar. 

- Oyundan əvvəl xarici mütəxəssislərin fikrincə, “Zirə” öz meydanında qalib gələ bilən komandadır. Bu gün heç-heçə etdizsə, rəqib komandanın meydançasında nə kimi psixoloji üstünlüyünüz olacaq?

- Şanslar bərabər olacaq. Azarkeş dəstəyi rəqibdə olacaq. Bu tip oyunlara hazırıq. Sonuna qədər əlimizdən gələni edəcəyik ki, mərhələni keçək. Kim üstün olacaq, zaman göstərəcək. Çalışacağıq ki, hər şey biz istədiyimiz kimi olsun.

- Hesabın oyuna görə olduğunu düşünürsüz?

- O fikirlə çox razı deyiləm. Bəzən mən də ədalətli nəticə heç-heçə idi, filan deyirəm. Amma qələbəyə yaxın idik. Taleyimizlə barışıb,önümüzə baxırıq.

- Brahim Konate cavab matçında oynayacaq?

- Böyük ehtimalla oynamayacaq. Çiyni çıxıb, onda da müəyyən əzələləri zədələyir. Ümid edək ki, oynayar. Çiyin çıxanda 2-3 həftə bərpa prosesi gedir.

- Yeni transferlərin oyunundan razı qaldız?

- Konate, Rövlan Muradov yaxşı oynadı, Abdulaziz fürsət tapmadı ki, özünü göstərsin. Bütün zədəlilərimiz formaya qayıtdıqdan sonra daha güclü, heyəti geniş komanda olacağıq. 

- Ceyhun Nuriyev meydana çıxdı, sonra əvəzlədiz. Səbəb nə idi?

- Mətbuat konfransında futbolçuların fərdi çıxışını dəyərləndirmirəm. 35-40 dəqiqə meydanda oldu. Rəqib o cinahdan üstünlük yaratdı, qolu da oradan vurdular. Ona görə də Rövlan Muradovu o mövqeyə buraxdıq. Ən azından rəqibin təhlükəsinin qarşısını alaq. Papunaşvilini çıxara bilərdik. Qol vurmaq istəyirdik. Onun kimi usta futbolçunun meydanda olmasını istəyirdik.

- Hakimlikdən razı qaldız?

- Uzun illərdir ki, milli, 90-95 faiz hakimlərin simpatiyası rəqiblərdə olur. Ciddi səhv olmadı. Amma xırda foulları onlara verirdi. Bu şeylərə hazırlayıram. Bilirik ki, hakimlər bir az olsa, simpatiyası rəqibdə olur.

- “Hayduk”u “Zirə” üçün münasib rəqib hesab edirsiz?

- Bu fikirlər bizə nə qazandıracaq? Püşkü gözləyirik. Püşkə uyğun rəqibə hazırlaşırıq. Qonzalo Qarsiyanın gəlişindən sonra “Hayduk” tam fərqli oyun üslubunda oynayırlar. 

- Salifu Sumanın “Malmö”yə keçidi necə baş tutdu? Bildiyim qədərilə ilk dəfə böyük futbola “Zirə”də oynadı və bugünkü gündə komanda onu 1,3 milyon avroya “Malmö”yə satdı. 

- Bizim üçün də çox önəmlidir ki, belə prosesdə iştirak etmişik. Bizim futboçunun skautların diqqətini cəlb etməsi. Salifudan sonra elə çıxış edəcəkki, komandamıza daha çox diqqət olacaq. Salifuya görə çox sevinirəm. Ona demişdim ki, Avropa səviyyəsində futbolçu ola bilirsən. Sadəcə bir-birimizi eşitməliyik. Qışda da çxolu təklifləri var idi. Hər birində gəlirdi, mənimlə danışırdı, deyirdim ki, tələsmə. Elə oldu ki, yay fasiləsində bir çox təkliflər var idi, amma sonda qərara gəldik ki, “Malmö" olacaq. Ondan çox pul təklif edən var idi. Amma avrokuboklarda olan komanda olsun ki, Salifu bundan sonra daha yaxşı ölkələrə getsin. Potensialı var, işinə yanaşması, “Malmö”da əlindən gələni etməlidir ki, ustalığını artırsın. Daha da çoxunu edə bilər. Ona uğurlar arzulayıram. “Hayduk”la matçöncəsi Summanı itirirsənsə, çox ciddi itkidir. O mövqedə 3 oyunçunu yoxladıq. Birdən-birə Summanın effektini verməsi asan deyil. Salifuya uğurlar arzulayıram. Onun bu səviyyəyə gəlməsində, transfeirn baş verməsində hamının böyük əməyi var. 

- “Qarabağ”ın “Şelburn” oyununu izləyəcəksiz?

- Hamını izləyirik. “Sabah”ın ev oyununu Boluda komanda şəklində izləyirdik. “Qarabağ”ı da izləyəcəyik, digərlərini də. “Araz-Naxçıvan”ı da izləyəcəyik. Avrokuboklarda hər zaman bütün klublarımızı dəstəkləyirik. “Qarabağ”a və “Sabah”, “Araz-Naxçıvan”a uğurlar arzulayıram.

- Əvvəlki dövrlərdə çempionatımızdan xarici klublar transfer etmirdilər. İndi isə fərqli durum var. Burada “Qarabağ”ın avrokuboklardakı uğurudur səbəb?

- Bu ilk növbədə “Qarabağ”ın uğurlu çıxışıdır ki, hamının diqqətini cəlb edir. Sumanın ən uğurlu oyunun “Qarabağ”a qarşı olub. Özümüz də oyunçuları izləyəndə baxırıq ki, futbolçu hansı komandalara qarşı yaxşı oynayıb. “Qarabağ” böyük pay sahibidir ki, artıq futbolçulara diqqət ayrılır. Klublarımız ox yaxşı transferlər edirlər. Bir çox güclü liqalardan oyunçulardan gəlir. Daha da yaxşı olacaq. Əgər stadionlardakı ot örtüyü yaxşı səviyyədə olsa, oyunlarımız yaxşı səviyyədə keçsə, proses sürətlənəcək.

Mirbağırağa

Xəbər xətti