Azərbaycanlı futbolçunun komandası baş məşqçisiz qaldı

11:49 - 25 İyul 2025

Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Partizani” baş məşqçisi ilə yollarını ayırıb.

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi Skender Qeqonun müqaviləsinə xitam verib.

O, son olaraq komandanı Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin “Nomme Kalyu”(1:1, 0:1) ilə oyununa çıxarmışdı.

“Partizani” cavab görüşündə evdə rəqibinə uduzaraq, avrokuboklardan kənar qalmışdı. Qeyd edək ki, Vüsal İsgəndərli Albaniya klubuna bu yay keçib.
 

Xəbər xətti