"Bayer"in yarımmüdafiəçisi Qranik Caka karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.
Sportal.az xəbər verir ki, "Sanderlend" 32 yaşlı yarımmüdafiəçini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Premyer Liqaya yüksələn kollektiv Caka üçün Almaniya klubuna 15+5 milyon avro təzminat ödəyəcək. İsveçrə millisinin üzvü ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, "Bayer" Qranit Cakanı 2023-cü ilin yayında "Arsenal"dan transfer edib. Təcrübəli oyunçu üzvü ötən mövsüm Leverkuzen təmsilçisinin heyətində meydana çıxdığı 49 rəsmi matçda 2 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi