A Seriyası klubu 28 yaşlı hücumçu üçün rədd cavabı aldı

00:44 - 31 İyul 2025

“Atalanta” Jean-Filippe Matetanın transferi ilə bağlı etdiyi təklifə rədd cavabı alıb.

Sportal.az xəbər verir ki, BBC-nin məlumatına görə, “Kristal Pelas” 30 milyon funt sterlinqdən bir qədər yüksək olan bu təklifi qəbul etməyib.

28 yaşlı hücumçunun “Pelas” ilə iki illik müqaviləsi qalır, lakin transfer bazarında hücumçulara böyük tələbat fonunda klubun daha yüksək təkliflərə necə reaksiya verəcəyi hələlik naməlumdur.

“Atalanta” isə komandanı tərk edən Mateo Reteginin əvəzini tapmağa çalışır. Klubun transfer hədəfləri arasında “Fulhem”dən Rodriqo Munis, “Leççe”dən Nikolo Krstoviç və “Genk”dən Tolu Arokodare də var.

Mateta ötən Premyer Liqa mövsümündə 37 oyunda 14 qol vurub və 2 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti