"Qalatasaray"dan rekord transfer - 75 milyon avro

09:53 - 1 Avqust 2025

"Qalatasaray" Türkiyə futbolu tarixinin ən bahalı transferini həyata keçirib.

Sportal.az xəbər verir ki, İstanbul nəhəngi "Napoli"dən Viktor Osimheni rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yaayıb.

"Qalatasaray" nigeriyalı hücumçu üçün İtaliya klubuna 75 milyon avro təzminat ödəyəcək. "Napoli" Osimhenin növbəti satışından 10 faiz pay əladə edəcək.

26 yaşlı forvard "sarı-qırmızılar"la 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb. Onun illik maaşı 15 milyon avro olacaq. Ulduz futbolçu 1 milyon avro sədaqət bonusu, 5 milyon avro isə imic haqlarına görə gəlir əldəc edəcək.

Qeyd edək ki, Viktor Osimhen ötən mövsüm icarə əsasında "Qalatasaray"In formasını geyinib. Ulduz futbolçu İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 41 rəsmi matçda 37 qol və 8 məhssuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti