"Zirə" bu gün Konfrans Liqasının ikinci təsnifat mərhələsinin cavab matçı çərçivəsində "Hayduk"un qonağı olub. Əsas vaxt ilk matçda olduğu kimi, 1:1 hesabı ilə yekunlaşıb. Əlavə vatda meydan sahibləri qol vuraraq qələbə qazanıblar.
Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov maraqlı fikirlər səsləndirib:
"Komandamıza göstərdikləri əzmkar oyuna görə təşəkkür etmək istəyirəm. Oyundan əvvəl də demişdim ki, böyük azarkeş kütləsi qarşısında oyundan zövq alacağıq. İlk dəqiqələrdən aqressiv oynamağa çalışdıq. Bir səhvdən sonra top buraxdıq. Marko Livayanın əla ötürməsindən sonra Filip Krovinoviç yaxşı zərbə ilə hesabı açdı. Hər şeyə rəğmən, matçboyu oyuna nəzarət edir, hücumlara atılmağa çalışırdıq. Əsas vaxtın sonlarında hesabı bərabərləşdirdik, amma əlavə vaxtda azlıqda dözüm göstərmək çox ağır idi. Mövsümdə ikinci matçımızı keçirirdik. Çox yaxşı yerinə yetirilmiş cərimə zərbəsindən top buraxdıq. 1:1 hesabını qorumağa çalışdığımız vaxt "Hayduk" əla qol vurdu. Bundan sonra yenidən bərabərliyə nail olmaq asan deyildi. Futbolçularım hər gün inkişaf edirlər. Bu, mənim üçün qələbə kimidir."
saytlarin hazirlanmasi