"Qəbələ"nin müdafiəçisi: "İstəyərdik ki, məğlubiyyətsiz çempion olaq"

12:22 - 10 İyun 2025

"Qəbələ"nin müdafiəçisi Elvin Yunuszadə Sportal.az saytına açıqlama verib.

Bölgə klubunun futbolçusu 2024/2025 mövsümündə Azərbaycan Birinci Liqasının qalibi olmasından bəhs edib:

"Bilirdik ki, çətin olacaq. Əvvəlcədən də çətin olacağını gözləyirdik. Çempionluğun asan olmayacağını dərk edirdik. Gözlədiyimiz kimi də alındı. Əsas odur ki, sonda çempionluğu qazandıq. Birinci Liqa bizim üçün uğurlu bitdi. İstəyərdik ki, məğlubiyyətsiz çempion olaq. Yadımdadır, ilk qolu buraxana qədər düşünürdük ki, heç qol da buraxmayaq. İnsan həmişə ən yaxşısını, ən maksimumu istəyir. Amma sonda nəticəyə baxsaq, yenə də çempion olduq. Birinci və vacib məqsədimiz o idi.

Azərbaycan milli komandasının sabiq müdafiəçisi 2025/2026 mövsümünə "Qəbələ"də başlayıb-başlamayacağı haqda isə bu cür danışıb:

"Qəbələ" rəsmiləri ilə yeni müqavilə haqda söz-söhbət olub, olacaq da. Görək də, xeyirlisi nədirsə, onu da yaşayacağıq".

Mirbağırağa

Xəbər xətti